Cümə axşamı, 25 Yanvar 2018 10:30

Yəməndə təcavüzkarların təyyarəsi salınıb

Yəməndə təcavüzkarların təyyarəsi salınıb

Yəmənin Ənsarullah hərəkatı bildirib ki, Məarib vilayətində Səudiyyə Ərəbistanının başçılıq etdiyi təcavüzkar koalissiyanın bir ədəd casusluq təyyarəsini vurubdur.

Ənsarullah hərəkatına aid olan Əl-Məsirə telekanalı dünən axşam bu barədə məlumat verərək bildirib ki, Yəmənin Ənsarullah hərəkatının havadan müdafiə bölmələri sözü gedən casusluq təyyarəsini Hərib Əl-Qəramiş bölgəsinin üzərində uçarkən vurub. 

Yəmənin havadan müdafiə qüvvələri 30 dekabrda da Həccə vilayətinin Hərəz sərhəd rayonunda Səudiyyə təcavüzkarlarına məxsus bir casusluq təyyarəsini məhv etmişdi. 

Yəmən ordusu və xalq qüvvələrinin raket bölmələri isə dünən Səna vilayətinin Nəhm bölgəsində Səudiyyə muzdlularının mövqelərini iki raketlə hədəfə alıblar. 

Şərh yaz


Məxfi kod
Yenilə