Ötən çərşənbə axşamı Ərəbistan qırıcılarının Yəmənin Sədə vilayətinə olan hücumları zamanı 22 mülki həyatını itirib. Bir qrup insan da yaralanıb.
İRNA-nın məlumatına görə, Ali-Səud qırıcıları çərşənbə axşamı Yəmənin Sədə vilayətində yerləşən Al-Əli məntəqəsini bombalayıblar. Nəticədə uşaq və qadınlar da daxil olmaqla 9 mülki həlak olub.
Ərəbistan qırıcıları çərşənbə axşamı Yəmənin Hədidə vilayətinin beynəlxalq hava limanını da bombalayıblar.
Ərəbistan rejimi ABŞ-ın birbaşa dəstəyi və himayəsi altında artıq 3 ildir ki, Yəmən xalqını amansız şəkildə qırğın edir. Buna baxmayaraq, hələ də Yəmən xalqını öz istəkləri qarşısında təslim olmağa məcbur edə bilməyib.