Çərşənbə axşamı, 23 Yanvar 2018 11:16

Yəmən Ənsarullahının raket hücumunda 97 muzdur ölüb və yaralanıb

Yəmən Ənsarullahının raket hücumunda 97 muzdur ölüb və yaralanıb

Yəmənin raket bölməsindəki hərbi bir mənbə bildirib ki, Təizdə yerləşən Əlxiyami qarnizonuna qarşı raket atışı nəticəsində qırx ikidən çox səud muzduru ölüb, əlli beşdən yuxarı muzdur isə yaralanıbdır.

Yəmənin ordu qüvvələri, eləcə də Ənsarullah qüvvələri dünən bir ədəd "Qaher M-2" tipli orta mənzilli ballistik raketi səud muzdurlarının bu ölkənin cənub-qərbindəki Təiz məntəqəsində yerləşən  Əlxiyami qarnizonuna tərəf atıblar.

Yəmən ordusu və Ənsarullahın raket bölməsi yeni milad ilinin əvvəlindən bəri Ərəbistanın hərbi mövqelərinə tərəf doqquz ədəd uzaq və orta mənzilli ballistik raket atıbdır.

Bazar günü də Yəmənin qısa mənzilli ballistik raketi Ərəbistanın cənubundakı Nəcran şəhərində yerləşən  "Quvvət" qarnizonunu hədəfə alıbdır.

Şərh yaz


Məxfi kod
Yenilə