Bazar, 21 Yanvar 2018 17:49

Yəmən Ərəbistanın cənubuna bir ədəd ballistik raket atıb

Yəmən Ərəbistanın cənubuna bir ədəd ballistik raket atıb

Yəmən Ənsarullah Hərəkatının raket bölməsi Ərəbistan ordusunun bu ölkənin cənubunda, Nəcran məntəqəsində yerləşən hərbi bazasını bir ədəd ballistik raket ilə hədəfə alıb.

Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Yəmənin Ənsarullah Hərəkatı şənbə günü gecə bir bəyanat yayaraq, Ərəbistanın cənubuna bir ədəd qısa mənzilli ballistik raket atdığını bildirib.

Ərəbistan mediaları isə bu ölkənin hava hücumundan müdafiə (HHM) sisteminin Yəmənin Ənsarullah Hərəkatının Nəcran istiqamətində atdığı ballistik raketi vuraraq, məhv etdiyini bildiriblər.

Bu, ötən bir ayda Yəməndən Ərəbistan istiqamətində atılan 5-ci ballistik raketdir.

Şərh yaz


Məxfi kod
Yenilə