Bazar ertəsi, 19 June 2017 14:20

Səud hərbçisi öldürülüb

Səud hərbçisi öldürülüb

Yəmənli qüvvələr Ərəbistanın cənubunda səud təcavüzkarların mövqelərinə qarşı raket hücumu həyata keçirərək, bir səud hərbçisini öldürüb, bir neçə səud hərbçisini də yaralayıblar.

Əlaləm telekanalının məlumatına görə, yəmənli qüvvələrin Ərəbistanın cənubunda səud təcavüzkarların mövqelərinə qarşı raket hücumunda bir səud hərbçisi ölüb, bir neçə səud hərbçisi də yaralanıbdır. Yəmənli hərbi bir mənbə bildiribdir ki, müştərək yəmənli qüvvələr Ərəbistan ordusu hərbçilərinin və bu ordunun tabeliyində olan muzdurların Cizan vilayətindəki Taval və Nəcran vilayətində yerləşən Tələ mövqelərindəki toplaşma məkanlarını bir neçə raket hədəfinə alıblar.

Belə bir halda, Yəmənin kəşfiyyat orqanı bildiribdir ki, səudların tabeliyində olan bir casusluq şəbəkəsinin üzvlərini həbs edib və bu şəbəkənin üzvlərinin məskunlaşdıqları qərargahı ələ keçirərək, orada müəyyən miqdarda rabitə aparatı, eləcə də gecə vaxtı görüntü və xəbərdarlıq aparatını aşkarlayaraq, müsadirə edibdir.

Şərh yaz


Məxfi kod
Yenilə