Bazar ertəsi, 12 June 2017 12:23

Səlu şəhərciyi yəmənli qüvvələri nəzarətinə keçib

Səlu şəhərciyi yəmənli qüvvələri nəzarətinə keçib

Yəmən ordusu və xalq qüvvələri Təizin cənubunda Səlu şəhərciyini nəzarətə götürüb və onlarla səudiyyəli muzdlunu öldürüblər.

Yəmən ordusunun ağır artilleriyası Nəcran sərhəd bölgəsində hərbi bazaları atəşə tutub. Yəmən qüvvələri başqa bir əməliyyatda Səudiyyə Ərəbistanının cənubunda səudiyyəli hərbiləri raket və ağır artilleriya ilə atəşə tutublar.

Yəmən ordusunun məlumatlı rəsmisi deyib: Ərəbistanın Əsir yüksəkliyində səudiyyəli qüvvələr Yəmən ordusunun ağır artilleriyası ilə atəşə tutulub və düşmənə çoxlu xəsarətlər vurulub.

Yəmən ordusu və xalq qüvvələri Təizin cənubunda Səlu şəhərciyini azad ediblər və səudiyyəli muzdluların əl-Məxa şəhərciyinə hücumunu dəf ediblər. Nəticədə çoxlu sayda muzdlu öldürülüb.

Yəmənin şimalında Cəuf vilayətində də ağır artilleriya bölmələri Ərəbistan muzdlularının mövqelərini atəşə tutublar. 

Sənanın şimal-şərqində 9-cu cəbhədə ordu qüvvələri xalq qüvvələrinin köməyi ilə Ərəbistana bağlı yəmənli muzdluların irəliləyişinin qarşısını alıblar. Bu döyüşlərdə də çoxlu sayda muzdlu öldürlüb və düşmənin 5 hərbi avtomobili məhv edilib.

Səudiyyə Ərəbistanı regionun bəzi ərəb ölkələrinin əməkdaşlığı və ABŞ-ın dəstəyi ilə 26 mart 2015-ci ildən Yəmənə irimiqyaslı hücumlara başlayıb. Bu hücumlar nəticəsində minlərlə yəmənli həlak olub və yaralanıb.

Şərh yaz


Məxfi kod
Yenilə