Cümə, 02 June 2017 10:12

Yəmənin şimalında partlayış tələfat törədib

Yəmənin şimalında partlayış tələfat törədib

Yəmənin şimal-qərbindəki Əlcuf vilayətində yerləşən bir bazarda bomba partlayışı nəticəsində azı altı nəfər ölüb, 20 nəfər də yaralanıbdır.

IRNA-nın məlumatına görə, Yəməndə yerli bir məsul şəxs deyibdir ki, partlayış dünən Əlcuf vilayətində yerləşən Əlhəzm şəhərindəki bir bazarda baş verib.

Bomba bu bazarda park edilmiş bir nəqliyyat vasitəsində yerləşdirilibmiş və onun partlaması nəticəsində bir qrup şəxs həlak olubdur.

Yəmən barədə digər bir xəbərə görə, təcavüzkar səud qırıcıları dünən Mərəz və Midi kimi iki sərhəd şəhərinə hücum ediblər.

Ərəbistanın Yəmənə qarşı təcavüzü Yəmənin istefa vermiş prezidenti Əbd Rəbbuh Mənsur Hadinin hakimiyyətə qaytarılması bəhanəsilə 2015-ci ilin martından başlanıb və indiyədək on bir mindən çox yəmənlinin həlak olması, on minlərlə nəfərin yaralanması, milyonlarla yəmənlinin didərgin düşməsi və bu ölkə infrastrukturlarının dağılmasına bais olubdur.

Ərəbistanın hərbi təcavüzü həmçinin yoxsul Yəmən ölkəsini kəskin qida maddələri və dərman preparatları çatışmazlığı ilə üzləşdirib və bu ölkədə vəba xüsusiyyət təşkil etməklə çoxlu sayda xəstəliyin yayılmasına bais olubdur.

Şərh yaz


Məxfi kod
Yenilə

Image result for ‫ماه محرم متحرک‬‎