Çərşənbə, 31 May 2017 10:04

Yəmən Ərəbistan PUA-nı vurdu

Yəmən Ərəbistan PUA-nı vurdu

Hərbi dairələr Yəmənin qərbində bu ölkə qüvvələrinin Səudiyyə Ərəbistanına məxsus pilotsuz uçan aparatını vurduqlarını bildiriblər.

Fars Xəbər Agentliyinin məlumatına görə, Yəmən ordusu və xalq qüvvələri çərşənbə axşamı günü ölkənin qərbində Həcc vialyətləri sərhədləri və Midi səhrasının şimalında Səudiyyə Ərəbistanının bir ədəd pilotsuz uçan aparatını vurublar. 

Yəmən ordusu və xalq qüvvələrinin havadan müdafiəsi 14 mayda da Mididə Səudiyyə Ərəbistanına məxsus bir ədəd pilotsuz uçan aparatı vurmuşdu. 

Yəmən qüvvələri son vaxtlar Mididə onlarla səudiyyəli muzdlu, o cümlədən sudanlı muzdluları məhv etmişdilər. 

Bu arada Səudiyyə Ərəbistanının təcavüzkar qırıcıları Təiz vilayətinin Salə şəhərində Hail bölgəsini üç dəfə bombalayıblar. 

Səudiyyə Ərəbistanı ABŞ-ın dəstəyi ilə 2015-ci ildən Yəmənə hərbi təcavüz edib və Əbdrəbbə Mənsur Hadini iqtidara qaytarmaq bəhanəsi ilə bu ölkəni quru, hava və dənizdən mühasirəyə alıb. 

Bu hərbi təcavüz 12 mindən çox yəmənlinin həlak olması, on minlərlə nəfərin yaralanması, milyonlarla yəmənlinin didərgin düşməsi və bu ölkənin infrastrukturlarının məhv olması ilə nəticələnib. 

Şərh yaz


Məxfi kod
Yenilə

Image result for ‫ماه محرم متحرک‬‎