Çərşənbə axşamı, 30 May 2017 11:49

Yəmən qüvvələri səud qüvvələrinin mövqelərini hədəfə alıblar

Yəmən qüvvələri səud qüvvələrinin mövqelərini hədəfə alıblar

Yəmən ordusu Ərəbistanın Nəcran məntəqəsində səud hərbçilərinin bir bazasını hədəfə alaraq, bu ölkə ordusunun bir ədəd tankını məhv edibdir.

IRNA-nın məlumatına görə, bu hücumda Ərəbistan ordusunun Nəcran məntəqəsində yerləşən Rəcla yüksəkiliklərindəki mövqeləri hədəfə alınıb və Əlfuaz bazasında bu ölkə ordusunun bir ədəd tankı məhv edilibdir.

Ali-Səud rejiminin hərbçiləri də Yəmənə qarşı təcavüzlərinin davamında mübarək ramazan ayında Ərəbistanın şərq məntəqələrində yaşayan şiələrə qarşı öz düşmənçilik hərəkətlərini şiddətləndirərək, bir daha Ələvamiyyə məntəqəsində yerləşən Əlmərvah məhəlləsinə hücum ediblər.

Ali-Səud rejiminin hərbçiləri ötən günlərdə də qadağan olunmuş silahlardan, o sıradan napalm bombalarından istifadə edərək, bu məntəqə sakinlərinin evlərinə hücum edib və bir qrup insanı yaralayıblar.

Şərh yaz


Məxfi kod
Yenilə