Cümə, 26 May 2017 10:57

Yəmənin cənubunda BƏƏ-nin məxfi məhbəsləri

Yəmənin cənubunda BƏƏ-nin məxfi məhbəsləri

Hüquq və Azadlıqlar Təşkilatı dünən bir hesabatda Yəmənin cənub bölgələrində Birləşmiş Ərəb Əmirlikləri tərəfindən idarə olunan gizli məhbəslərin mövcudluğundan xəbər verib.

IRIB Hüquq və Azadlıqlar Təşkilatının dünənki hesabatına istinadla xəbər veribdir ki, bu gizli məhbəslər Ədən və Mukəlla şəhərlərində, eləcə də Yəmənin cənubundakı Sukatra adasında qeydə alınıb. Həmin məhbəslər Birləşmiş Ərəb Əmirliklərinin hərbi qüvvələrinin nəzarəti altında olan bəzi yerli qəbilələr tərəfindən idarə olunur.

İnsan haqlarının müdafiəsi istiqamətində fəaliyyət göstərən bu orqan əlavə edib: Bu zindanlarda, keçmiş zindanlardan toplanmış fakt və sənədlər ondan xəbər verir ki, həmin məhbəslərdə saxlanılan məhbuslar əksər hallarda cismani və ruhi cəhətdən işgəncə edilirlər.

Bu məlumata görə, Ədən və Mukəlla şəhərlərində, eləcə də Sukatra adasındakı gizli məhbəslər yerli məsul şəxslərin nəzarəti altında deyillər.

Yəmənin cənub bölgələri yəmənli qüvvələrin çıxmalarından sonra koalisiya qüvvələri, həmçinin Əlqaidə kimi terror qruplarının işğalı altına keçib və Birləşmiş Ərəb Əmirlikləri və Ərəbistan qüvvələri bu məntəqələrdə iştirak edirlər.

Bundan öncə də yəmənli mənbələr Yəmənin cənubunda Birləşmiş Ərəb Əmirliklərinin məxfi məhbəslərinin mövcud olduğunu bildirmişdilər.

 

Şərh yaz


Məxfi kod
Yenilə

Image result for ‫ماه محرم متحرک‬‎