Çərşənbə, 24 May 2017 12:54

Yəməndə onlarla amerikalı əsgər öldürülüb

Yəməndə onlarla amerikalı əsgər öldürülüb

Yəmənin Marib vilayətində yəmənli tayfalarla toqquşmasında onlarla amerikalı əsgər öldürülüb.

Press TV-nin məlumatına görə, Yəmənin Marib vilayətində Xətlə kəndinə hücum edən amerikalı əsgərlərdən 30 nəfəri və səudiyyəli muzdlulardan da bir qrupu yəmənli qəbilələr tərəfindən öldürülüb. 

Bu təcavüzdə azı 7 amerikalı əsgər də yaralanıb. 

Səudiyyə Ərəbistanı ABŞ-lın dəstəyi və BMT-nin sükutu sayəsində 2015-ci il mart ayından Yəmənə hərbi təcavüz edib. İstefa vermiş prezident Əbdrəbbə Mənsur Hadini iqtidara qaytarmaq bəhanəsi ilə Yəməni quru, hava və dənizdən mühasirəyə alıb. 

Bu hərbi təcavüz 12 mindən çox yəmənlinin həlak olması, on minlərlə nəfərin yaralanması, milyonlarla yəmənlinin didərgin düşməsi və bu ölkə infrastrukturlarının dağılması ilə nəticələnib. 

Səudiyyə Ərəbistanının yoxsul Yəmənə hərbi təcavüzü həmçinin bu ölkəni ərzaq maddələri və dərman preparatı çatışmazlığı ilə üzləşdirib. Bu da çoxlu xəstəliklərin yayılması ilə nəticələnib.

Şərh yaz


Məxfi kod
Yenilə