Çərşənbə axşamı, 23 May 2017 11:05

Yəmən xalqı BMT-yə qarşı aksiya keçirib

Yəmən xalqı BMT-yə qarşı aksiya keçirib

Yəmənin paytaxtı Səna şəhərinin əhalisi BMT-nin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi İsmail Vələd Əlşəyx Əhmədin Sənaya daxil olması ilə bir zamanda aksiya keçirərək, Səna beynəlxalq hava limanının mühasirəsinin aradan qaldırılmasını istəyibdir.

BMT-nin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi İsmail Vələd Əlşəyx Əhməd dünən Sənaya daxil olubdur ki, yəmənli qruplarla görüşərək, Yəmən sülh müzakirələrinin yeni etapının keçirilməsi şəraitini yaratmış olsun.

Yəmənin Əlməsirə telekanalının məlumatına görə, Səna əhalisi bu ölkənin vətəndaş qrup və orqanlarının dəvəilə keçirilən həmin aksiyada həmçinin Yəmən xalqına qarşı hərtərəfli mühasirənin aradan qaldırılmasını istəyibdir.

Yəmənli aksiyaçılar BMT-nin Yəmən xalqının əzabları və problemləri qarşısında biabırçı şəkildə sükuta dalmasını və bu sahədə real tədbirlər görməməsini pisləyiblər.

Ümumdünya Səhiyyə Təşkilatı düünən belə qeyd edib: Yəməndə vəba xəstəliyinə yoluxma nətcəsində ölənlərin sayı 18 əyalətdə 242 nəfərə çatıb və bu təşkilat proqnoz edibdir ki, həmin xəstəliyə yoluxanların sayı qarşıdakı altı ay ərzində 200 min nəfərə çatacaqdır.

Şərh yaz


Məxfi kod
Yenilə