Bazar, 21 May 2017 20:11

Yəmənlilər ABŞ silalarının Ərəbistana satılmasına etiraz ediblər

Yəmənlilər ABŞ silalarının Ərəbistana satılmasına etiraz ediblər

ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanına səfər etməsi ilə yanaşı minlərlə yəmənli paytaxt Sənada aksiya keçirib. Yəmən vətəndaşları yəmənli uşaq və qadınların qətlə yetirilməsində istifadə olunan Amerika silahlarının Səudiyyə Ərəbistanına satılmasına etiraz edirlər.

On minlərlə yəmənli Sənada möhtəşəm aksiya keçirərək ABŞ prezidentinin bölgəyə və Səudiyyə Ərəbistanına səfərini və Ər-Riyadda Amerikan-Ərəb rəhbərlərinin müştərək iclasının keçirilməsinə etiraz edib. Yəmən vətəndaşları Trampın Ərəbistanda olmasını Yəmən əleyhinə müharibədə ABŞ-ın müdaxiləsinin nişanəsi hesab edib və bildiriblər ki, yəmənlilər Amerikanın Ərəbistana satdığı silahlarla qətlə yetirilirlər.

Bir yəmənli deyib: Vətəndaşların bu aksiyada iştirak etməsinin məqsədi budur ki, əgər dünyanın bəzi rəhbərləri Amerika və dünyanın digər beynəlxalq imperialist qüdrətlərə təslim olsalar və bu qüdrətlərə vəfalı qalsalar da, Yəmən xalqı var-gücü ilə Tramp və ABŞ-a yox deyirlər.

Etirazçılar həmçinin sionist-ərəb iclasında ABŞ prezidentinin iştirak etməsini pisləyib və onu Yaxın Şərqdə amerikalı-sionist siyasətlərinə qarşı olan xalqlar əleyhinə yeni məkrli planın formalaşmasının başlanğıcı hesab ediblər.

Başqa bir yəmənli deyib: Bizim bu aksiyada iştirakımız bunun üçündür ki, böyük şeytan ABŞ-a və Trampa mesaj verək. Amerika bir qrup ərəb və islam ölkəsinin rəhbərini Ərəbistanda bir araya gətirib ki, müsəlman Yəmən xalqına olan düşmənçiliyini əks etdirsin.

çoxlu sayda yəmənlinin Ər-Riyadda Yəmənə təcavüz edən ölkələrin rəhbərlərinə mesajı budur ki, ABŞ və regionda ona bağlı olan ölkələr region və dünyada terrorizmin yaranmasının əsas səbəbkarlarıdır.

Şərh yaz


Məxfi kod
Yenilə