Bazar, 27 Sentyabr 2020 12:09

Suriya ABŞ-ın İranla bağlı mövqeyini pisləyib

Suriya ABŞ-ın İranla bağlı mövqeyini pisləyib

Suriyanın xarici işlər naziri Amerikanın İrana qarşı mövqeyini pisləyib və Vaşinqtonun Tehrana qarşı düşməçilik hərəkətlərinə son qoyulmasını istəyib.

 Vəlid Əlmuəllim BMT Baş Assambleyasının 75-ci sessiyasındakı çıxışında deyib: Suriya bir daha İran İslam Respublikasının Amerikanın nüvə anlaşmasını pozmaq və regionu səbatsızlaşdırmaq üzrə siyasəti ilə mübarizə üzrə mövqelərinə dəstək verir və vurğulayır ki, bu siyasət ABŞ hökumətinin beynəlxalq qanunlara etinasızlığı və beynəlxalq müqavilələr çərçivəsində öz öhdəliklərinə hörmətlə yanaşmamasının həddini üzə çıxarır.

Suriyanın xarici işlər naziri həmçinin Kuba və Venesuelaya qarşı qəddarcasına iqtisadi mühasirəni pisləyib və bu iki ölkənin suverenliyinə hörmət etmək və onların daxili işlərinə qarışmamaq vacibliyini vurğulayıb.

Əlmuəllim sonra amerikalı və türkiyəli qüvvələrin Suriya ərazisindəki iştiraklarını işğalçılıq kimi dəyərləndiribdir.

Şərh yaz


Məxfi kod
Yenilə