Şənbə, 23 May 2020 11:07

Suriyada İŞİD-in iki lideri öldürülüb

Suriyada İŞİD-in iki lideri öldürülüb

İddialara görə ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya və "Suriya Demokratik Qüvvələri" sdlanan kürd yaraqlıları, İŞİD terror qruplaşmasına qarşı birgə əməliyyatı keçirilib.

SəhərAzəri xəbər mənbələrinə istinadən bildiri, ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın iddiasına gərə, xüsusi əməliyyat nəticəsində İŞİD terror təşkilatının iki lideri məhv edilib.

Əlqüds-Əl-Ərəbi qəzetinin Bildirdiyinə görə, qruplaşmanın liderləri Əhməd İsa İsmayıl əz-Zavi və Əhməd Abd Məhəmməd Həsən əl-Cuqayfi məhv edildiyi əməliyyat mayın 17-si keçirilib.

Qeyd edilir ki, Əhməd İsa İsmayıl əz-Zavi Bağdadın şimalında rəhbərliyin göstərişlərinin qruplaşma üzvləri arasında yayılması, Əhməd Abd Məhəmməd Həsən əl-Cuqayfi isə silahların əldə olunması və daşınması ilə məşğul olublar.

Şərh yaz


Məxfi kod
Yenilə