Çərşənbə axşamı, 05 May 2020 12:07

Suriya ordusunun HHM qüvvələri sionistlərin hava hücumlarını dəf ediblər

Suriya ordusunun HHM qüvvələri sionistlərin hava hücumlarını dəf ediblər

Suriya ordusu bir açıqlamada bildirib ki, sionist rejimin Hələb şəhərindəki elmi araşdırma mərkəzinə qarşı hava hücumunu dəf edibdir.

Suriya ordusunun hava hücumundan müdafiə sistemi bu gün səhər tezdən sürətli bir reaksiyada sionist rejim qırıcılarından Hələb şəhərindəki elmi araşdırma mərkəzinə atılmış raketlərin izinə düşərək, onları məhv edibdir.

Məlumatlı mənbələr Hələb səmasında azı üç güclü partlayış səsinin eşidilməsindən xəbər veriblər ki, bu da Suriya ordusunun hava hücumundan müdafiə sisteminin atılmış raketlərlə mübarizəsindən irəli gəlibdir.

Hələ bu hücumun ehtimal üzrə törətdiyi tələfat və xəsarət barədə bir xəbər yayılmayıbdır.

Sionist rejim daima terrorçuları himayə etmək üçün Suriyanın infrastrukturları və bu ölkə ordusunun mövqelərini hədəfə alır.

Suriyada böhran, regionun parametrlərini sionist rejimin xeyrinə dəyişdirmək niyyəti ilə 2011-ci ildə Ərəbistan, ABŞ və müttəfiqlərinin dəstək verdikləri  terror qruplarının geniş hücumları ilə başlanıbdır.

Şərh yaz


Məxfi kod
Yenilə