Bazar ertəsi, 27 Aprel 2020 12:38

Suriya ordusu sionist rejimin hava hücumlarına cavab verib

Suriya ordusu sionist rejimin hava hücumlarına cavab verib

Suriya ordusunun hava hücumundan müdafiə qüvvələri sionist rejimin Suriyanın paytaxtı Dəməşqə qarşı raket hücumuna cavab veriblər.

Suriya ordusunun hava hücumundan müdafiə qüvvələri bu gün səhər tezdən Dəməşq səmasının ətrafında sionist qırıcıların hücumlrı ilə mübarizə apararaq, yerə düşməzdən öncə onların bir neçəsini məhv ediblər.

Suriya dövlət televiziyasının bildirdiyinə görə, sionist rejim qırıcıları tərəfindən Dəməşqə tuşlanan raketlər Livan səmasından atılıbdır.

Sionist rejim daim terrorçulara dəstək vermək üçün Suriya ordusunun mövqeləri və infrastrukturlarını hədəfə alır.

Suriyanın ordusu  İran İslam Respublikasının hərbi məşvərət yardımları və Rusiyanın himayəsi ilə İŞİD terror qrupunun bu ölkədəki işinə son qoya bildi. Hazırda digər terror qrupları da məğlub olmaqdadırlar.

Şərh yaz


Məxfi kod
Yenilə