Bazar ertəsi, 06 Aprel 2020 12:48

Suriyanın şimal-şərqində partlayış

Suriyanın şimal-şərqində partlayış

Suriyalı mənbələr dünən gecə bu ölkənin şimal-şərqində yerləşən Həsəkəh vilayətinin Rəəsuləyn şəhərinin ətrafında, Türkiyənin himayəsi altında olan terror qruplarının nəzarət postunun yaxınlığında bomba qoyulmuş bir avtomobilin partlamasından xəbər veriblər.

Suriyalı qaynaqlar şahidlərə istinadla bildiriblər ki, bu partlayışda bir neçə nəfər yaralanıbdır.

Bəzi mənbələr də bu partlayışda bir ABŞ hərbçisinin öldüyünü bildiriblər Bununla belə, Amerikanın terrorçu ordusu indiyədək bu xəbərə bir reaksiya göstərməyibdir.

Türkiyənin işğalçılığından sonra Suriyanın şimal şəhərləri vaxtaşırı bomba yerləşdirilmiş avtomobil və motosikletlərin partlamalarının şahididirlər.

Hazırda Suriyanın şimalındakı bölgələr Türkiyə ordusunun işğalı altındadırlar.

Türkiyə ordusu ötən üç il ərzində dəfələrlə Suriya ərazisinə təcavüz edibdir.

Ankara Suriyadakı terror qruplarının əsas himayədarlarından biridir.

Türkiyənin Suriyanın şimalına təcavüzü beynəlxalq səviyyədə pislənibdir.

Şərh yaz


Məxfi kod
Yenilə