Çərşənbə, 01 Aprel 2020 13:50

Sionist rejimin Humsa raket təcavüzü

Sionist rejimin Humsa raket təcavüzü

Suriya televiziyası sionist rejim qırıcılarının Hums vilayətinə raket hücumundan xəbər verib.

Suriya televiziyası bildirib ki, bu ölkə ordusunun hava hücumundan müdafiə sistemi sionist rejim raketlərindən bir çoxunu məhv edə bilibdir. 

Bu televiziya sonra bildirib ki, düşmən qırıcıları Livanın hava məkanını pozub, Beyrutun səmasına çataraq, öz raketlərini Hums vilayətinə tərəf atıblar.

Belə bir halda, Ələrəbiyyə telekanalı sionist rejim qırıcılarının Beyrutun şərq bölgələri üzərindəki uşuşları barədə olan təsvirləri yayıb.

Şərh yaz


Məxfi kod
Yenilə