Bazar, 22 Mart 2020 18:18

Suriyanın şimalında partlayış; altı ölü

    Suriyanın şimalında partlayış; altı ölü

Suriyanın şimalında yerləşən Riqqə vilayətinin qərbində dörd partlayış altı nəfərin həyatına son qoyub.

Bu gün Riqqə vilayətinin qərbində yerləşən Əltəbəqə şəhərində baş verən partlayışlarda YPG yarımhərbçilərinin patrul avtomobilləri hədəfə alınıb və altı kürd yarımhərbçi ölübdür.

Bu partlayışlardan sonra kürd yarımhərbçilər Əltəbəqə şəhərinin giriş və çıxışlarını bağlayıblar.

YPG qüvvələri Amerikanın tabeliyində olan Suriya kürd demokratik qüvvələri- QSD-nin əsasını təşkil edirlər.

İndiyədək heç bir qrup bu partlayışların məsuliyyətini üzərinə götürməyibdir.

Şərh yaz


Məxfi kod
Yenilə