Bazar, 15 Mart 2020 16:45

Hələbçənin kimyəvi bombardmanının ildönümü günüdür

Hələbçənin kimyəvi bombardmanının ildönümü günüdür

Bu gün, martın 15-i, Hələbçənin 1988-ci ildə İraqın bəəs rejimi tərəfindən kimyəvi bombardmanının ildönümü günüdür.

İran sərhədinin yaxınlığında, İraq Kürdüstanı bölgəsində yerləşən Hələbçə şəhəri 1988-ci il martın 15-də İraqın bəəs rejimi ordusunun kimyəvi bombardmanı hədəfinə çevrildi. Bu hücum nəticəsində təqribən beş min nəfər həyatını itirdi, minlərlə nəfər də bədən xəsarəti aldı.

Həmin hadisədə İraqın bəəs rejiminin fransız "Super Etendard" təyyarəsi və qırıcı-bombardmançıları Hələbçənin üzərində uçaraq, bu şəhər əhalisinin üzərinə dörd ədəd 500 kiloluq kimyəvi bomba saldılar.

Bu kimyəvi maddələr Qərb ölkələri tərəfindən İraqın bəəs rejiminin ixtiyarına verilmişdi.

ABŞ-ın sabiq prezidenti Barak Obama "Nyu-York Tayms" qəzeti ilə müsahibədə belə demişdi: Amerika Səddamın İranla müharibədə kimyəvi silahdan istifadə etdiyini bilərək, onu himayə etdi.

Şərh yaz


Məxfi kod
Yenilə