Çərşənbə axşamı, 10 Mart 2020 12:01

İdlibdə atəşkəs pozulur

İdlibdə atəşkəs pozulur

Terrorçu qruplar İdlib və Hələb ətrafında təhlükəsiz zonaların yaradılması məqsədi ilə atəşkəs rejimini pozmaqda davam edirlər.

Əl-Əxbariyyənin verdiyi məlumata görə, terrorçu qrupların Suriya ordusunun toplaşdığı yerlərə qarşı pərakəndə raket və artileriya hücumları, ordunun cavab atəşi ilə susdurulub. Suriya ordusu isə atəşkəs rejiminə sadiqdir amma eyni-zamanda bu kimi hücumlara və razılaşmanı pozan hallara qətiyyətli və şəffaf cavab vermək haqqına malik olduğunu duşunur. 

Suriya ordusunun üzvlərindən biri deyir: Silhalı quruplar sözü gedən bölgələrdə atəşkəs razılaşmasını pozublar. Suriya ordusu qüvvələri də uyğun cavab atəşi ilə atılan raketlərin mənşəyini hədəfə alıb. 

Şərh yaz


Məxfi kod
Yenilə