Şənbə, 07 Mart 2020 09:57

Əsəd Putinin səylərinə görə təşəkkür edib

Əsəd Putinin səylərinə görə təşəkkür edib

Kreml bildirib: Rusiya prezidenti Vladimir Putin Suriya prezidenti Bəşşar Əsədlə telefon söhbətində onu Türkiyə ilə əldə olunmuş razılaşma barədə məlumatlandırıb.

Putin bu telefon danışığında vurğulayıb: Rusiya-Türkiyə razılaşmalarının icrası İdlibdə sabitliyi bərqərar edəcək. 

Əsəd də Suriyanın hakimiyyətinə zəmanət üzrə səylərinə və  terror qrupları ilə mübarizəyə dəstəyinə görə, Putinə təşəkkür edib.

Müşahidəçilərin fikrincə, Rusiya-Türkiyə razılaşmaları Suriya ordusunun irəliləyişlərini təsbit etdi. Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğanın Suriya ordusunun öz mövqeyindən geri çəkilməsinə dair istəyinin reallaşmasında uğursuz qalması ona siyasi və meydan zərbəsi hesab olunur.

Bəziləri bu qənaətdədirlər ki, Suriya ordusunun və onun müqavimət mehvərindəki müttəfiqlərinin döyüş nailiyyətləri siyasi nailiyyətlə təkmilləşdi. Bu ekspertlər vurğulayırlar ki, İdlibdəki son döyüşlər böyük nailiyyətlər üçün təkcə bir müqəddimə deyildir.

Türkiyə ilə Rusiya arasında atəşkəs razılaşmasından öncə Suriya ordusu və onun müqavimət mehvərindəki müttəfiqləri Hələbin qərb ətrafı istiqamətində Cibhətunnusrə-nin və onunla müttəfiq olan yaraqlı qrupların ən kobud hücumunu zərərsizləşdirmişdilər.

Meydan mənbələrinin sözlərinə görə, silahlı qruplar səkkiz saat ardıcıl şəkildə davam edən bu hücumda bölgədə yiyələnmə planını dəyişdirməyə müvəffəq olmadılar.

 

ƏSƏD PUTİNİN SƏYLƏRİNƏ GÖRƏ TƏŞƏKKÜR EDİB

Şərh yaz


Məxfi kod
Yenilə