Cümə axşamı, 05 Mart 2020 11:07

Suriya Türkiyəyə qarşı heç bir düşmənçilik hərəkəti etməyib

    Suriya Türkiyəyə qarşı heç bir düşmənçilik hərəkəti etməyib

Suriya prezidenti deyib ki, Dəməşq Türkiyəyə qarşı heç bir düşmənçilik hərəkəti etməyib və iki ölkə arasndakı hazırkı ixtilaflar məntiqsizdir.

Bəşşar Əsəd Rossiya-24 informasiya kanalı ilə müsahibədə bildirib ki, Dəməşq həmişə Türkiyə xalqını bir dost kimi yad edir. O, əlavə edib: İki ölkə xalqları arasında bir çox ortaqlıqlar mövcuddur və Türkiyə sakinlərindən bir çoxu əsliyyətcə suriyalıdır və Suriya xalqının bir çoxu da türk əsllidir.

Suriya prezidenti söyləyib: Suriya Türkiyə ilə ortaq həyati mənafelərə malikdir və iki ölkənin mədəniyyətləri arasında tarixi bir bağlılıq var. Buna görə, iki ölkə arasında ciddi ixtilafların mövcud olması məntiqli deyildir.

Suriya ötən 9 ildə qərbli və ərəb ölkələri tərəfindən dəstək alan terror qrupları ilə müharibənin şahididir ki, indiyədək onda minlərlə insan ölüb, milyonlarla nəfər də bu ölkənin daxili və xaricində didərgin düşübdür.

Suriyanın ordusu və onun müttəfiqlərinin bu ölkəni terror dəstələrinin işğalından tam şəkildə azad etmək ərəfəsində olduqları bir halda, Türkiyə ordusu ötən günlərdə Suriya ordusunun İdlib vilayətindəki mövqelərinə hücum edərək, bu ölkənin terrorizmlə mübarizədəki uğurlarının davam etməsinə mane olmağa çalışır.

Şərh yaz


Məxfi kod
Yenilə