Çərşənbə, 04 Mart 2020 15:51

Suriya ordusu Türkiyənin daha bir PUA-nı vurdu

    Suriya ordusu Türkiyənin daha bir PUA-nı vurdu

Suriya ordusunun hava hücumundan müdafiə qüvvələri dünən gecə Türkiyə ordusunun bir ədəd hücumçu pilotsuzunu vurublar.

Bu pilotsuz İdlib vilayətinin cənubundakı "Xan Assubul" qəsəbəsində vurulubdur.

Bu, son üç gündə Suriya ordusunun hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulan Türkiyə ordusunun altıncı PUA-dır.

Suriya ordusu bundan qabaq İdlib vilayətinin səmasında Türkiyənin beş ədəd pilotsuz uçan aparatını vurmuşdu.

Türkiyənin müdafiə nazirliyi bildirib ki, dünən Suriyanın şimalındakı İdlib şəhərində baş verən döyüşlərdə bir türk hərbçi ölüb, doqquz nəfər də yaralanıbdır.

Türkiyənin müdafiə nazirliyi həmçinin idddia edib ki, bu ölkənin hərbi qüvvələri İdlibdə Suriya ordusuna aid olan 82 nöqtəni hədəfə alıblar.

Türkiyənin müdafiə nazirliyinin statistikasına görə, ötən iki həftə ərzində İdlib vilayətindəki döyüşlərdə bu ölkə ordusunun tələfatı azı qırx nəfərə çatıbdır.

Şərh yaz


Məxfi kod
Yenilə