Cümə, 22 Mart 2019 10:07

Dəməşqdə Həzrət Zeynəb(s.ə)-nın vəfatı gecəsinin əzadarlıq mərasimi keçirilib

Dəməşqdə Həzrət Zeynəb(s.ə)-nın vəfatı gecəsinin əzadarlıq mərasimi keçirilib

Səbir və müqavimət nümunəsi Həzrət Zeynəb(s.ə)-nın vəfatı gecəsi ilə bir zamanda o həzrətin Suriyanın Dəməşq şəhərində yerləşən pak hərəmində zəvvarların geniş iştirakı ilə əzadarlıq mərasimi keçirilib.

Həzrət Zeynəb(s.ə)-nın vəfatının ildönümü günü ilə bir zamanda Əhli-Beyt(ə) vurğunlarından böyük bir qrup hörmət və sədaqət ifadə etmək üçün özünü Suriyaya çatdırıbdır.

Bu gün- cümə, 1440-cı hicri qəməri ili rəcəb aynın on beşi, 2019-cu il martın 22-i, əziz İslam Peyğəmbəri(s.ə.s)-in nəvəsi, Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın və dünya şiələrinin birinci imamı Həzrət Əli(ə)-ın övladı- Həzrət Zeynəb(s.ə)-nın vəfatının ildönümü günüdür.

Həzrət Zeynəb(s.ə.) qardaşı, dünya şiələrinin üçüncü imamı Həzrət İmam Hysəyn(ə)-ın kənarında, İslamı müdafiə adı altında böyük Kərbəla faciəsini törətmiş geridə qalmış və yayınmış bir cərəyanla mübarizə aparırdı.

O həzrət möhtərəm qardaşı Həzrət İmam Hysəyn(ə)-ın və onun vəfalı silahdaşlarının şəhadətindən sonra paklıq Əhli-Beyti(ə) xanədanının digər üzvləri ilə yanaşı əsir alındı.

Həzrət Zeynəb(s.ə.) Kufə və Şam şəhərlərində Yezidin pozğun hökumət quruluşuna qarşı ifşaçılıqları ilə Həzrət İmam Hysəyn(ə)-ın qanlı hərəkatı və qiyamının hədəfləri və fəlsəfəsini həmişəlik olaraq yaşatdı.

Həzrət Zeynəb(s.ə.) 63-cü hicri qəməri ilində vəfat edibdir.

Şərh yaz


Məxfi kod
Yenilə