Çərşənbə axşamı, 19 Mart 2019 09:12

B. Əsəd: Dəməşq-Tehran-Bağdad əlaqələri olduqca möhkəmdir

B. Əsəd: Dəməşq-Tehran-Bağdad əlaqələri olduqca möhkəmdir

Suriya prezidenti dünən gecə Dəməşqdə İran və İraqın hərbi heyətlərilə görüşdə üç ölkənin əlaqələrini olduqca möhkəm adlandırıb. Qeyd edib ki, bu güclü əlaqələr müharibə dövründə formalaşıbdır.

Bəşşar Əsəd bu görüşdə vurğulayıb ki, Suriya, İran və İraq silahlı qüvvələri müharibə dövründə və terrorizmlə mübarizədə böyük fədakarlıqlar göstəriblər.

Suriya prezidenti əlavə edib ki, Dəməşq Bağdad və Tehranla yaxşı əlaqələrə malik olmaqla fəxr edir.

İran Silahlı Qüvələrinin Baş Qərargah rəisi general-mayor pasdar Mohəmməd Baqeri də bu görüşdə terrorizmi region üçün bir təhlükə adlandırıb. Bildirib ki, terroristlərlə mübarizə və Suriyanı müdafiə, İraq və İranı müdafiə etmək deməkdir.

General-mayor pasdar Mohəmməd Baqeri yüksək səviyyəli hərbi heyətlə birlikdə bazar günü Dəməşqə daxil olub. Səfərdə məqsəd, Suriya, İraq və İran silahlı qüvvələrinin baş qərargahları rəislərinin üçtərəfli iclasında iştirak olubdur.

Bu iclas regionda terrorizmlə mübarizənin davam etdirilməsi sahəsində üç ölkənin koordinasiyası məqsədilə dünən Dəməşqdə keçirilibdir.

Şərh yaz


Məxfi kod
Yenilə