Çərşənbə, 20 Fevral 2019 22:59

Təhrirulşam terror qrupunun yaralanmış başçısı Türkiyədəki bir xəstəxanaya yatırılıb

Təhrirulşam terror qrupunun yaralanmış başçısı Türkiyədəki bir xəstəxanaya yatırılıb

Suriyada Təhrirulşam- Cibhətunnusrə terror qrupunun yaralanmış başçısı Əbu Muhəmməd Culani Türkiyədəki bir xəstəxanaya yatırılıb.

Türkiyədəki bəzi xəstəxana mənbələri bildiriblər ki, Suriyanın İdlib vilayətində bir bomba partlayışı nəticəsində yaralanmış Təhrirulşam terror qrupunun başçısı Antaliyadakı bir dövlət xəstəxanasına yerləşdirilib.

Əbu Muhəmməd Culani dərhal əməliyyat olunubdur.

Hazırda Suriyanın İdlib vilayəti terror qruplarının işğalı altındadır və bu qruplar elə həmin məntəqədən Suriya ordusunun mövqelərini və bu ölkədəki yaşayış massivlərini hədəfə alırlar.

Terror qrupları ötən iki il ərzində Suriya ordusuna məğlub olduqdan sonra, həmçinin "gərginliyin azaldılması məntəqələri"nin yaradılması barədəki razılaşmaya əsasən, Suriyanın İdlib vilayətinə köçürülüblər.

Şərh yaz


Məxfi kod
Yenilə