Bazar, 13 Yanvar 2019 18:25

Sionist rejim Suriyaya təcavüzün məsuliyyətini qəbul edib

Sionist rejim Suriyaya təcavüzün məsuliyyətini qəbul edib

Sionist rejimin baş naziri bildirib ki, bu rejim Dəməşq beynəlxalq hava limanına qarşı hava hücumunun məsuliyyətini üzərinə götürür.

Sionist rejimin baş naziri Benyamin Netanyahu deyib ki, bu rejimin hava qüvvələri cümə günü axşamçağı Dəməşq beynəlxalq hava limanındakı bir neçə hədəfə hücum ediblər. Netanyahunun iddiasına görə, sionist rejim indiyədək Suriyada Hizbullah qüvvələrinin mövqelərinə və digər hədəflərə yüzlərlə dəfə hücum edibdir.

Bundan öncə sionist rejim ordusunun baş qərargah rəisi Qadi Eyzenkot da Nyu-York Tayms qəzeti ilə müsahibədə bu rejim ordusunun Suriyaya qarşı ardıcıl təcavüzlərini etiraf etmişdi.

Suriyanın rəsmi SANA informasiya agentliyi dünən səhərçağı xəbər veribdir ki, Dəməşq beynəlxalq hava limanı sionist rejim qırıcılarının bir neçə ədəd raketinin hücumuna məruz qalıbdır.

SANA əlavə edib: Suriya ordusunun hava hücumundan müdafiə qüvvələri sionist rejim qırıcıları tərəfindən atılmı əksər raketləri izləyərək, məhv ediblər və bu hücumda təkcə bir üstüörtülü metal qurğu zərər çəkibdir.

Şərh yaz


Məxfi kod
Yenilə