Çərşənbə axşamı, 01 Yanvar 2019 11:57

ABŞ hərbçiləri Suriyadan İraqa daxil olurlar

ABŞ hərbçiləri Suriyadan İraqa daxil olurlar

Amerikalı hərbçilərin digər bir qrupu Suriyadan çıxdıqdan sonra İraqa daxil olubdur.

120 yük maşını və zirehli avtomobilə şamil olan amerikalı hərbçilər karvanı İraq Kürdüstanı yaxınlığındakı bir bazaya daxil olub.

ABŞ prezidentinin dekabrın 19-da amerikalı hərbçilərin Suriyadan çıxarıldıqlarını bildirməsindən sonra bu qüvvələrin böyük bir qrupu İraqın əl-Ənbar vilayətində yerləşən "Əynuləsəd" bazasına daxil olubdur.

Donald Tramp dekabrın 26-da da öncədən elan olunmamış bir səfərdə İraqa daxil oldu və bu ölkənin əl-Ənbar vilayətində yerləşən "Əynuləsəd" bazasında amerikalı hərbçilərlə görüşdü.

Trampın bu səfər tərzi və amerikalı hərbçilərin İraqdakı iştiraklarının davam edəcəyi barədəki sözləri bu ölkədəki siyasi qruplar, partiyalar və şəxsiyyətlərin, o sıradan İraq parlamenti üzvlərinin geniş etirazları ilə üzləşdi.

Şərh yaz


Məxfi kod
Yenilə