Şənbə, 29 Dekabr 2018 12:28

Suriya ordusu Mənbicdə təhlükəsizliyə təkid edib

Suriya ordusu Mənbicdə təhlükəsizliyə təkid edib

Suriya ordusu bildirib ki, Mənbic şəhərində suriyalı vətəndaşlar və digər sakinlərin təhlükəsizliyinə təminat verir.

Suriya ordusu baş qərargahı dünən bu ölkə ordusu bölmələrinin Mənbic sakinlərinin tələblərini nəzərə alaraq bu şəhərə daxil olduğunu və şəhərdə Suriyanın bayrağının ucaldığını bildirib. 

İRİB-in verdiyi məlumata görə, Suriya ordusu ölkənin hər bir qarışında terrorçuların məhv edilməsini vurğulayaraq suriyalıları milli hakimiyyəti mühafizə istiqamətində sarsılmaz qalmaqda davam etməyə çağırıb. 

Suriya ordusunun Mənbic şəhərinə daxil olmasından sonra Suriya xalqı ölkənin şimal və şərq bölgələrində şadyanalıq edib. 

Suriya kürd yaraqlılarının sözçüsü Ceyhan Əhməd isə Suriya ordusu qüvvələrinin Mənbicə daxil olması xəbərini təsdiqləyib, Türkiyəyə qarşı ordunun kənarında duracağını bildirib.

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan 12 dekabrda Firatın şərqində yeni əməliyyatların başlanacağını bildirmişdi. 

Türkiyə ordusu son iki ildə Suriyanın şimalında PKK, və PYD yaraqlılarına qarşı  "Firat qalxanı" və " Zeytun budağı" adlı iki əməliyyat həyata keçirmişdir. 

Şərh yaz


Məxfi kod
Yenilə