Bazar ertəsi, 06 Avqust 2018 14:53

Suriyalı qırıcılar İŞİD-in mövqelərinə hücum ediblər

Suriyalı qırıcılar İŞİD-in mövqelərinə hücum ediblər

Suriyalı qırıcılar İŞİD terrorçularının bu ölkənin cənubundakı Əssuvəyda şəhərinin şimal-şərqində yerləşən Əldiyanə neft quyularına yaxın məntəqələrdəki mövqelərinə hücum ediblər.

Suriyanın ordu qüvvələri Əsuvəydanın şərqində, həmçinin şimal-şərqi və şərq səhralarının yaxınlığındakı ön cəbhədə yerləşən kəndlərdə mövqe tutublar.

Suriyalı mənbələr həmçinin Əssuvəydanın ətrafına doğru geniş miqyasda qüvvənin, həmçinin onlarla hərbi avtomobil, transportyor və digər sursatlara şamil olan hərbi təchizatların göndərilməsindən xəbər veriblər.

Suriyalı mənbələr Suriya ordusunun İŞİD-in ötən ayda Əssuvəydaya qarşı hücumuna və onlarla nəfəri oğurlamasına cavab olacaq əməliyyatının tez bir zamanda başlanmasından xəbər veriblər.

Bundan öncə medialar Suriya ordusunun bu ölkənin cənubunda yerləşən Əssuvəydanın şərq səhrasında İŞİD-ə qarşı əməliyyatın başlanması üzrə niyyətindən xəbər vermişdilər. Bu əməliyyatda məqsəd, Əssuvəyda vilayətinin təhlükəsizliyinin təmini və İŞİD ünsürlərinin Suriyanın cənub-şərqindəki iştirakına son qoymaqdır.

Digər tərəfdən, Suriya ordusu bu ölkənin qərbində yerləşən Həmah şəhərinin şimalındakı bir neçə kənddə Cibhətunnusrə terrorçuları və onlarla əlaqəli qrupların mövqelərini hədəfə alıb və onların sursat və mövqelərini məhv edərək, terrorçulara kömək xətlərini kəsibdir. Bu əməliyyatda çoxlu sayda terrorçu ölüb və yaralanıbdır.

Suriyada böhran 2011-ci ildən region proseslərini sionist rejimin xeyrinə dəyişmək məqsədilə Səudiyyə Ərəbistanı, ABŞ və müttəfiqlərinin dəstəyinə malik terror qruplaşmalarının irimiqyaslı hücumu ilə başlanıb. Suriya ordusu və xalqının rəşadəti ilə düşmənlərin planları məğlubiyyətə uğrayıbdır.

Şərh yaz


Məxfi kod
Yenilə