Bazar, 05 Avqust 2018 11:46

Suriya ordusu terrorçuların hücumunu zərərsizləşdirdi

Suriya ordusu terrorçuların hücumunu zərərsizləşdirdi

Suriya ordusu müttəfiq qüvvələrin əməkdaşlığı ilə Ənnüsrə Cəbhəsinə bağlı terrorçuların Həma şəhərinin ətrafında yerləşən Əl-Zəlaqiyat məntəqəsində hərbi mərkəzə olan hücumunu zərərsizləşdirib.

İRNA-nın  Suriyanın Əl-Əxbariyə informasiya kanalına istinadla verdiyi məlumata görə, bu əməliyyatda terrorçuların çoxu məhv edilib. Bu əməliyyatda "Ceyşül-Qəzzə" adlı terror dəstəsinin başçısı Xeyrəddin Rəhmun da öldürülüb. 

Terrorçular bu hücumda ordu qüvvələrinin nəzarəti altında olan məntəqələrə nüfuz etməyə çalışsalar da, böyük itki verərək, geri çəkilməli olublar. 

Suriya ordusu və müqavimət qüvvələri 2017-ci ilin əvvəllərində bu məntəqəni Ənnüsrə Cəbhəsinin işğalından azad edib. 

Suriya ordusu həmçinin, Əs-Səvda şəhərinin şimal-şərqində y erləşən Tərba kəndində İŞİD terrorçularının mövqelərini darmadağın edib. 

Şərh yaz


Məxfi kod
Yenilə