Cümə axşamı, 02 Avqust 2018 14:30

Suriyanın müdafiə naziri bu ölkənin cənub məntəqələrində olub

Suriyanın müdafiə naziri bu ölkənin cənub məntəqələrində olub

Suriyanın müdafiə naziri bu ölkənin prezidenti və silahlı qüvvələrinin baş komandanı Bəşşar Əsədin göstərişi ilə son zamanlar terrorçulardan təmizlənmiş Suriyanın cənub məntəqələrində olub.

Əli Abdullah Əyyub dünən bir qrup ordu komandanı ilə yanaşı, bu ölkənin cənubunda yerləşən bəzi hərbi bölmələrdən baxış keçirib.

Əyyub bu görüşdə bir qrup komandan və ordu qüvvəsi ilə görüşüb və cənub istiqamətindəki qələbələrinə görə onlara təşəkkür edibdir.

Suriyanın müdafiə naziri vurğulayıb ki, bu ölkədə terrorçulara əsla yer yoxdur və ordunun Suriyanın cənubundakı böyük nailiyyətləri düşmənlərin terrorist planının pozulmasından xəbər verir.

Suriyanın ordu qüvvələri ötən bir neçə gündə terrorçularla birneçəhəftəlik ağır döyüşlərdən sonra Dəra və Qunəytrə vilayətlərini tam şəkildə azad edə biliblər.

Suriyada böhran 2011-ci ildən region proseslərini sionist rejimin xeyrinə dəyişmək məqsədilə Səudiyyə Ərəbistanı, ABŞ və müttəfiqlərinin dəstəyinə malik terror qruplaşmalarının irimiqyaslı hücumu ilə başlanıb. Lakin Suriyanın ordusu və xalqının canfəşanlıqları ilə düşmənlərin fitnələri uğursuz qalıbdır.

Şərh yaz


Məxfi kod
Yenilə