Çərşənbə, 01 Avqust 2018 16:33

Suriya bayrağı Dəra vilayətində dalğalandırıldı

Suriya bayrağı Dəra vilayətində dalğalandırıldı

Suriya bayrağı Dəranın şimal-qərb ətrafında Nəva şəhərinin əsas meydanında dalğalandırılıb.

Nəva şhəəri silahlı terror qruplarının Suriyanın şimalına doğru çıxarılmasından sonra silah, terrorizm və terror qruplarından təmizlənib. Ötən gün Suriya ordusu Nəva şəhərinə daxil olaraq bu şəhərdə təhlükəsizliyi bərpa edib. Bir qrup yerli şəxsiyyət və vətəndaşlar Suriyanın əl-Əxbariyyə televiziyasına müsahibədə Nəva şəhərinin azad olunmasına sevindiklərini bildiriblər.

Həmçinin Dəməşqin ətrafında Yəlda, Bəbbila və Beyt Səhm bölgəsində təkfirçi terrorçulardan qalan silah və sursatlar aşkarlanıb. Silahlar arasında sionist rejim istehsalı olan əl qumbaraları da vardır.

Suriyanın əl-Əxbariyyə televiziyasının məlumatına görə, suriyalı zabitlərdən biri deyib: Yəlda, Bəbbila və Beyt-Səhmdə keçirilən bir əməliyyatda müəyyən miqdarda silah-sursat aşkarlanıb. Müxtəlif növlü böyük və kiçik çaplı minaatan mərmiləri, eləcə də əllə hazırlanan raketlər, Habelə əl qumbaraları aşkarlanan silah-sursatlar arasındadır. Müəyyən miqdarda minaatan bir neçə quyuda gizlədilibmiş. Sionist rejim istehsalı olan əl qumbaraları quyulardan birində aşkarlanıb.

Şərh yaz


Məxfi kod
Yenilə