Bazar ertəsi, 30 iyul 2018 08:50

Suriyanın ərazi bütövlüyü və suverenliyini qorumaq İranın regional strategiyasıdır

Suriyanın ərazi bütövlüyü və suverenliyini qorumaq İranın regional strategiyasıdır

İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Suriyanın ərazi bütövlüyü və suverenliyinin qorunmasını İslam Respublikasının regional strategiyası adlandırıb.

Heşmətullah Fəlahət Pişe Tehranda Suriyanın səfiri Ədnan Məhmud ilə görüşdə Suriyadakı döyüş qalibiyyətlərinə toxunaraq, deyib: İran İslam Respublikası ilə Suriya arasındakı əlaqələr strateji əlaqələrdir və iki ölkə arasındakı siyasi münasibətlər, iqtisadi əməkdaşlıqlar daxil olmaqla digər strateji sahələrdə inkişaf və davam edəcəkdir.

İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri vurğulayıb: Sionist rejim zəif Suriya ardıncadır və Suriyanın xalqı və hökumətinin güclənməsinə səbəb olacaq hər bir məsələ ilə mübarizə aparır.

Suriyanın Tehrandakı səfiri isə deyib: Suriya hökuməti İranın quruculuq üzrə təcrübə və bacarıqlarından yararlanmaq istəyir və Tehran-Dəməşq münasibətlərinin hazırkı gedişi gələcəkdə daha artıq sürətə malik olacaqdır.

Şərh yaz


Məxfi kod
Yenilə