Cümə, 13 iyul 2018 12:58

Suriya ordusu Dəra şəhərini azad etdi

Suriya ordusu Dəra şəhərini azad etdi

Suriya ordusu və müqavimət qüvvələri Dəra vilayətinin mərkəzi olan strateji əhəmiyyətli Dəra şəhərini azad edərək, şəhərə nəzarəti təmin edib.

İRNA-nın məlumatına görə, Suriya ordusunun Dəra şəhərinə daxil olması ilə dövlət qüvvələri 2011-ci ildə müxaliflərin etiraz aksiyalarının ilk ünvanı olan Dəra məscidi üzərində Suriya bayrağını dalğalandırıblar. Dəra şəhəri bir neçə il idi ki, müxaliflərin nəzarəti altında idi.

Dəra şəhərinin Bələd, Təriqül-Əsəd, Əl-Məxim, Səcnə, Əl-Munşiyə və Əl-Səvami məntəqələrindəki terrorçular da silahlarını təhvil verərək, təslim olublar.

Suriya ordusu ötən iyun ayının sonlarında 3 istiqamətdən Dəra şəhərinə qarşı əməliyyatlara başlamışdı.

Suriyadan daxil olan bir başqa məlumata görə, Dəra vilayətində yerləşən Dail şəhərinin Həmimim rus mərkəzinin rəisi Dəra şəhərinə 10 tondan çox humanitar yardımın çatdırılmasına işarə edərək, deyib: 20 minə yaxın sakinin şəhərə qayıtması, şəhərdə yaşamın normal şəraitə qayıtmasından xəbər verir.

Şərh yaz


Məxfi kod
Yenilə