Cümə, 13 iyul 2018 12:09

Quterreş: Suriya böhranı üçün yeganə həll yolu siyasi həll yoludur

Quterreş: Suriya böhranı üçün yeganə həll yolu siyasi həll yoludur

BMT-nin baş katibi bir daha Suriya böhranı üçün siyasi həll yoluna təkid etdi.

Əl-Məyadin informasiya kanalının verdiyi məlumata görə, BMT-nin baş katibi Antonio Quterreş Suriyanın taleyinin siyasi həll yolu ilə müəyyən edilməli və bu ölkdə demokratik quruluşun furmalaşmalı olduğunu deyərək, Suriya böhranı üçün hərbi həll yolunun olmadığını vurğulayıb. 

Quterreş deyib: BMT Suriyanın cənubunda ixtilafların həlli üzrə son hadisələrdə rola malik olub. Amma, yekun məqsəd hərtərəfli siyasi həll yolunun təqdim edilməsidir. 

BMT-nin baş katibi bu təşkilatın Cenevrə müzakirələri və BMT TŞ-nin 2254 saylı qətnaməsi çərçivəsində siyasi həll yolunun təqdim olunmasına hazır olduğunu deyərək, bitərəf konstitusiya komitəsinin yaradılmasını və Suriya böhranı üçün siyasi həll yolunun tapılmasını dəstəklədiyini bildirib və deyib: Bu həll yolu suriyalılrın gələcəyinə zəmanət verəcək və ölkələrini yenidən qurmağa kömək edəcək. 

Suriya böhranı 2011-ci ildə ABŞ. Ərəbistan və müttəfiqlərinin himayə etdikləri terrorçuların bu ölkəyə hücum etməsi ilə başlandı. 

Suriya ordusu ötən aylarda İran İslam Respublikası və Rusiyanın dəstəyi ilə terrorçulara ağır zərbələr vurub. 

Şərh yaz


Məxfi kod
Yenilə