Cümə axşamı, 12 iyul 2018 10:47

Sionist rejimin Suriyaya hava hücumunun qarşısı alınıb

Sionist rejimin Suriyaya hava hücumunun qarşısı alınıb

Suriya ordusunun havadan müdafiə qüvvələri sionist rejimin cənub-qərbdə Qünəytərənin Qurs əl-Nəğl bölgəsinə raket hücumunun qarşısını alıblar.

İRNA-nın Rusiya əl-Youm televiziya kanalına istinadla verdiyi məlumata görə, sionist rejim qırıcı təyyarələri Qünəytərənin Hizr və Təl Krom Cəba qəsəbəsi ətrafında Suriya ordusunun mövqelərinə bir neçə raket atıblar. Bu raket hücumu Suriya ordusunun havadan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib. 

Bu arada sionist rejim mediaları çərşənbə günü işğal olunmuş Cövlan yüksəkliklərində həyəcan siqnalının çalındığını və işğal olunmuş ərazilərdə Safed bölgəsindən bir ədəd Patriot raketinin atıldığını bildiriblər. 

Sionist rejim ordusunun sözçüsü Avixan Adrai iddia edib ki, Patriot raketi Suriya tərəfdən işğal olunmuş Cövlana doğru uçan Pilotsuz Uçan Aparata atılıb. 

Suriya ordusu üç həftə öncədən Dəra, Süveyda və Qünəytərə vilayətlərinin azad edilməsi əməliyyatına başlayıb və işğal olunmuş Fələstin sərhədlərinə yaxınlaşıb. 

Sionist rejim Suriya ordusunun irəliləməsi ilə yanaşı işğal olunmuş Cövlan yüksəkliklərində öz zirehli hərbi texnikasını yerləşdirib və qüvvələrini hazı vəziyyətə gətirib. 

Sionist rejim 1967-ci ildə Suriyanın Cövlan bölgəsini işğal və 1981-ci ildə bu ərazini işğal olunmuş ərazilərə ilhaq edib. 

Şərh yaz


Məxfi kod
Yenilə