Çərşənbə, 11 iyul 2018 15:50

Dəra; Suriyada terrorçular üzərində qələbənin növbəti ünvanı

Dəra; Suriyada terrorçular üzərində qələbənin növbəti ünvanı

Suriya ordusunun Dəra vilayətinin təqribən 80%-ni terrorçuların işğalından azad və İordaniya ilə sərhəd məntəqəyə nəzarəti təmin etməsi ilə terrorçular silahlarını yerə qoyaraq ordu qüvvələrinə təsilm olmağa başlayıblar.

Suriyanın cənubunda başlanan anti-terror əməliyyatından cəmi 3 həftə keçir.  Ordu qüvvələri Dəra vilayətinin təqribən 80%-ni terrorçulardan təmizləyiblər.

İndi Suriya ordusu şərqdə  yerləşən Tənəv şəhəri və qərbdə yerləşən Yərmuk dərəsi istisna olmaqla, İordaniya ilə bütün sərhəd məntəqələrə nəzarəti təmin edib.

Suriyalı hərbçilərdən biri deyir: “Biz müharibə tərəfdarı deyilik. Amma, terrorçular silahlarını yerə qoymaqdan imtina edərlərsə, heç şübhəsiz, onlara qarşı hərbi gücdən istifadə və torpaqlarımızı onlardan təmizləyəcəyik.”

Hazırda Dəra şəhərinin ətrafında hərbi əməliyyatlar davam edir. Daxil olan məlumatlara görə, ordu qüvvələri qəfil bir əməliyyat nəticəsində buğda anbarları, Dəra zindanı , qədim gömrük məntəqəsi və sərhəd zastavasına nəzarəti ələ keçiriblər.

Müqavimət qüvvələrindən biri deyir: “Xaric ilə əlaqələri kəsilən Ənnüsrə Cəbhəsi terrorçuları artıq ordu qüvvələrinə təsilm olmağa başlayıblar.”

Dəra vilayətinin şimalında da silahlı qruplaşma üzvləri silahı yerə qoyaraq, dövlət qüvvələrinə təslim olublar. Beləliklə, İsrailin işğalı altında olan Cövlan yüksəkliklərinə sığınmış terrorçuların mühasirə halqası ötən hər gün daha da daralır.

Suriyalı hərbçi deyir: “İsraillilər heç nə edə bilməzlər, indi onlar qorxu içindədirlər. Müharibə və terror ilə bizi 100 il geriyə ata biləcəklərini düşünrdülər. Amma, 100 il öncə İsrail ümumiyyətlə yox idi.”

Dəra vilayətinin terrorçulardan təmizlənməsi ilə əhali öz evlərinə geri qayıtmağa başlayıb. Bura Ümmül Məyazin kəndidir. Ənnüsrə Cəbhəsi bu kəndi işğal etməklə praktiki olaraq Əmman-Dəməşq şose yoluna nəzarəti ələ keçirmişdi.

Yerli sakinlərdən biri deyir: “Horan əhalisi terrorçulara qarşı ayağa qalxaraq, kənd və qəsəbələri bir-bir terrorçuların işğalından azad edirlər. Biz, düşmənin fitnələrinə qarşısı ordunun kənarında mübarizə aparırıq.”

Şərh yaz


Məxfi kod
Yenilə