Çərşənbə axşamı, 10 iyul 2018 15:12

Dərada sərhəd gözətçi məntəqələri azad edilib

Dərada sərhəd gözətçi məntəqələri azad edilib

Suriya ordusu və silahlı qüvvələri terrorçu qruplara qarşı bir neçə əməliyyatda Dəra vilayətinin bir neçə sərhəd gözətçi məntəqəsini tamamiylə terrorçulardan təmizləyiblər.

İRNA-nın verdiyi məlumata görə, Suriya mənbələri bildiriblər ki, Suriya ordusu və silahlı qüvvələri Dəra vilayətində 25 sərhəd gözətçi məntəqəsini azad edərək bir neçə terrorçunu da öldürüblər. 

Bu məlumata görə, hal-hazırda Suriya ordusu və silahlı qüvvələri Dəra vilayətinin şərqini tamamiylə terrorçulardan təmizləyiblər və ən son əməliyyat İordaniya ilə həmsərhəd bölgədə yerləşən Nəsib sərhəd keçidindən ibarətdir. 

Buna baxmayaraq bir hissəsi işğal olunmuş Cövlanla həmsərhəd olan Dəra vilayətinin qərb əraziləri hələ terrorçuların nəzarətindədir və bu ərazilərdə daha çox Təhrirüşşam terror qrupu və müəyyən hissələrində də İŞİD terrorçuları fəaliyyət göstərirlər, onların hamısı sionist rejim tərəfindən himayə edilir. 

Suriya ordusunun Dəra vilayətindəki irəliləyişləri sürətlə davam edir. 

Şərh yaz


Məxfi kod
Yenilə