Bazar ertəsi, 09 iyul 2018 13:11

On mindən çox suriyalı didərgin geri dönüb

On mindən çox suriyalı didərgin geri dönüb

Suriyanın cənubunda atəşkəsin bərqərarından bəri on mindən çox suriyalı didərgin öz ev-eşiyinə geri dönüb.

Ötən cümə günü Suriya dövləti bildirdi ki, silahlı üsyançı qruplar ilə Rusiya dövləti arasında atəşkəs müqaviləsi imzalanıb və silahlarını təhvil verəcək yaraqlı üsyançılar bu atəşkəsə qatıla bilərlər.

Suriya insan haqları gözətçisi təşkilatı da bildiribdir ki, İordaniya sərhədinə çıxan şose yollarındakı döyüşlərin şiddətləndiyi zamandan bəri bu məntəqələrin sakinlərindən 60 min nəfərdən çox insan öz ev-eşiyini tərk etməyə məcbur olub. Hazırda gözlənilir ki, atəşkəsin və nisbi asayişin bərqərarı ilə bu məntəqələrin sakinlərindən bir çoxu öz ev-eşiyinə geri dönəcəkdir.

Hal-hazırda Suriyanın cənubunda, xüsusən Dəra şəhərinin ətrafında nəzərəçarpacaq sayda məntəqə Suriya dövlətinin nəzarəti altına keçib və dövlət bu məntəqələri azad edərək, ölkənin cənubunun nəzərəçarpacaq hissəsində hakimiyyətini təsbit edə bilibdir.

Digər tərəfdən, Türkiyə ordusunun tabeliyində olan silahlı qrupların Suriyanın Hələb şəhərinin şərq hissəsində nəzarət etdikləri məntəqədə bomba qoyulmuş bir motosikletin partlaması nəticəsində üç nəfər ölüb, 14 nəfər də yaralanıbdır. Ölənlərdən ikisi uşaqdır.

Həmçinin Cibhətunnusrə terroçularının tabeliyində olan Hərasəddin adlı qrupun ünsürlərindən 7 nəfər onların İdlib şəhərinin şərq hissəsində yerləşən bir məkana hücum üzrə səylərinin uğursuz qalması nəticəsində öldürübdür.

Suriyada böhran 2011-ci ildən region proseslərini sionist rejimin xeyrinə dəyişmək məqsədilə Səudiyyə Ərəbistanı, ABŞ və müttəfiqlərinin dəstəyinə malik terror qruplaşmalarının iri miqyaslı hücumu ilə başlandı. Suriya ordusu və xalqının rəşadəti ilə düşmənlərin planları məğlubiyyətə uğrayıbdır. 

Şərh yaz


Məxfi kod
Yenilə