Çərşənbə, 13 June 2018 10:58

Suriya TŞ-ni ABŞ-ın cinayətlərini durdurmağa çağırıb

Suriya TŞ-ni ABŞ-ın cinayətlərini durdurmağa çağırıb

Suriyanın Xarici İşlər Nazirliyi dünən Birləşmiş Millətlər Təşkilatının baş katibi və Təhlükəsizlik Şurasının sədrinə məktub ünvanlayaraq Amerikanın Suriya xalqına qarşı hərbi cinayətinin davam etməsinə görə öz şikayətini bildirib.

İRNA-nın verdiyi məlumata görə, Suriya XİN öz m əktubunda bildirib: Amerikanın terrorçuları dəstəkləmək və cinayət törətməkdə davam etməsi TŞ-nin beynəlxalq qanunların icrasındakı səhlənkarlığını göstərir. 

Suriya XİN bildirib: Amerikan koalissiyanın hərbi təyyarələri bazar günü Həsəkə vilayətində yaşayış məntəqələrini bombalayıblar və bu hücumda bir neçə qadın və uşaq da daxil bir ailənin 12 üzvü öldürülüb. 

Suriyanın XİN bildirib: Rəsmi Dəməşq bir daha Təhlükəsizlik Şurasını beynəlxalq sülh və təhlükəsizliyin mühafizəsi sahəsindəki öz məsuliyyətini yerinə yetirərək, bu qırğınları pisləməyə, Suriya xalqının soyqırımına son qoyulması uğrunda qətiyyətli tədbirlər görməyə və bu kimi hadisələrin təkrarlanmasının qarşısını almağa çağırır. 

Suriyanın Xarici İşlər Nazirliyi öncə də dəfələrlə BMT baş katibi və TŞ sədrinə məktublar ünvanlayaraq Amerikan koalissiyanın Suriyada törətdiyi cinayətlərin durdurulmasını istəmişdir. 

Şərh yaz


Məxfi kod
Yenilə