Çərşənbə axşamı, 12 June 2018 12:23

İŞİD terrorçuları Suriyanın Bukəmal şəhərini tərk ediblər

İŞİD terrorçuları Suriyanın Bukəmal şəhərini tərk ediblər

Suriya ordusunun hərbi əməliyyatlarının davam etməsi ilə İŞİD terrorçuları bazar ertəsi günü Bukəmal şəhərini tərk etməyə məcbur olublar. 

İRİB-nin verdiyi məlumata görə, Suriya ordusu və müttəfiq qüvvələr İŞİD ünsürlərini Bukəmal şəhərindən qovduqdan sonra, bazar ertəsi günü şəhərə nəzarəti tam olaraq ələ keçiriblər. 

İŞİD Suriyadakı uğursuzluqlarının davamında bir neçə ay öncə Bukəmal şəhərində ağır məğlubiyyətə uğramış və şəhəri tərk etməyə məcbur olmuşdular. 

Suriya və İraqda İŞİD-in işinin bitdiyinin elan olunması bu terror qruplaşmasının himayədarları o cümlədən ABŞ-ı ciddi narahat edib. Buna görə də onlar bu terror qruplaşmasını yenidən bərpa etmək, onlara locistik dəstək verməklə, İŞİD-in birdəfəlik olaraq məhv olmasını önləməyə çalışırlar. 

Şərh yaz


Məxfi kod
Yenilə