Çərşənbə axşamı, 05 June 2018 20:25

Suriyalı köçəri tayfa başçıları ABŞ və müttəfiqlərinin Suriyadakı iştirakını qınadılar

Suriyalı köçəri tayfa başçıları ABŞ və müttəfiqlərinin Suriyadakı iştirakını qınadılar

Suriyada önəmli bir hadisə. Riqqə və Hələb arasında yolda Suriyanın köçəri tayfaları, qəbilələri böyük bir toplantıda bir araya gəliblər.

Bu böyük insanların strateji bölgədə həmin ənənəvi çadırlar altında bir araya gəlməsi.

Köçəri tayfa başçısı deyib: Səudiyyəlidən tutmuş qeyri-səudiyyəliyə qədər istənilən əcnəbi təcavüzkar qarşısında dayanırıq, yenidən Suriya ərazisinin bir qarışını ələ keçirmələrinə imkan verməyəcəyik, böyük dərs vermək üçün onları gözləyirik.

Yeddi ildən sonra, hər əcnəbi və düşmənin insanların emosiyaları, müxtəlif məzhəblər, çeşidli etnoslar, vətəndaşların pərakəndə şəkildə toplantıları və etirazları haqda danışması və ondan sui-istifadə etməsinin hansı mesajı vardır.

Başqa bir tayfa başçısı deyib: Bu gün köçəri övladları və qəhrəmanlarının əllərini səmimiliklə sıxırıq. Onlar işğalçılarla mübarizə üçün vətənin dadına çatdılar.

Suriya vətəndaşlarının düşüncəsi və ruhunda fitnə yaratdı və insanları bir-birinin canına saldı. Müharibəni tayfa və şiə-sünni arasında məzhəb savaşı kimi cilvələndirdi.

Suriyalı tayfa başçısı deyib: Mən və şiə, durusi və ələvilər bir-birimizin qardaş və dost əlini sıxaraq deyirik ki, vətən hamıya aiddir və din Allah tərəfindəndir.

İxrac olunmuş terrorçuları idxal etdi, vəhhabi İŞİD-i silahlandırdı, belə ki, həm qan töksün, həm də suriyalıların evini oğurlasın, sionistlərin Fələstində etdikləri kimi.

Suriya vətəndaşı deyib: Biz, ABŞ, İsrail və imperializmə qarşıyıq.

Başqa bir suriyalı deyib: Bir məkanı təlatümə gətirdi. Belə ki, həm cibinə külli miqdarda pul qoysun, həm müqavimətin yolunu bağlasın, həm də muzdlularının sayını artırsın.

Suriyalı müəllim deyib: Suriya xalqı yekdildir və bu birliyi məhv etmək mümkün deyildir.

İndi müqavimətli Suriyada bütün bu siyasətlər dəfn olunub.

Suriya vətəndaşı deyib: Suriyada onların beli sındı və onların bu ölkədə heç bir gələcəyi yoxdur.

Yenə də terrorçular və vəhhabilərin başçıları əl çəkmirlər və qalmaq istəyirlər.

Suriyalı tayfa başçısı deyib: Adil əl-Cübeyr uşaqdır və ağalarının sözünü təkrarlayır, bizim bir uşaqdan bundan artıq gözləntimiz yoxdur.

Başqa bir suriyalı deyib: Suriya xalqı, xüsusilə də tayfalar və köçərilər Suriya ərazisində hər hansı əcnəbi qüvvənin olmasını pisləyir.

Şərh yaz


Məxfi kod
Yenilə