Çərşənbə axşamı, 05 June 2018 14:50

Suriyanın İdlib vilayətində terrorçular bir-birinin canına düşüb

Suriyanın İdlib vilayətində terrorçular bir-birinin canına düşüb

Suriyada terrorçular arasında bir çox başçılarının istefa verməsi ilə nəticələnən daxili ixtilafların güclənməsi ilə təkfirçi qruplar arasında qarşıdurma yenidən başlanıb.

Əl-Aləm televiziyasının məlumatına görə, terror qruplaşmaları İdlibin Məərə Ən-Numan qəsəbəsində güclü şəkildə toqquşublar. Nəticədə bir qrupu ölüb və yaralanıb. 

Suriyalı müxaliflər koalisiyasının yüksək üzvlərindən bir neçəsi, o cümlədən Corc Səbra, Səhir əl-Atasi, Xalid Xocə daxili ixtilaflara görə, bu koalisiyadan çıxdıqlarını bildirib və etiraf ediblər ki, suriyalı müxaliflər ən ağır vəziyyətdədirlər. 

Suriyalı müxaliflər koalisiyasının yüksək səviyyəli üzvlərinin sözlərinə görə, suriyalı müxalif qruplar ixtilaf, parçalanma, bir neçə qrupa bölünmə problemi ilə üzləşiblər və Suriya böhranına rəhbərlik etməyə layiq deyillər. 

Kütləvi İnformasiya Vasitələri bazar ertəsi günü Suriyanın İdlib vilayətinin cənub-şərqində Ən-Nüsrə Cəbhəsi terror qruplaşmasının silah-sursat anbarlarında güclü partlayışların baş verdiyini bildiriblər. Lakin bu haqda ətraflı məlumat verilməyib. 

Şərh yaz


Məxfi kod
Yenilə