Cümə, 01 June 2018 23:59

B.Əsəd İraqa təşəkkür edib

B.Əsəd İraqa təşəkkür edib

Suriya prezidenti İraqın Suriyada terrorizmlə mübarizədə həmkarlıq etməsinə görə təşəkkür edərək, bunu müsbət dəyərləndiribdir.

İraqın xarici işlər nazirliyi belə qeyd edib: Suriya prezidenti Bəşşar Əsəd İraqın Dəməşqdəki yeni səfiri Səəd Muhəmməd Rzanın etimadnaməsini alarkən deyib ki, Suriya xüsusən iqtisadi sahədə İraqla hərtərəfli əlaqələri gücləndirmək istəyir.

Əsəd əlavə edib: İki ölkə arasında təhlükəsizlik əməkdaşlığı, xüsusən İraq təyyarələrinin terrorçuları məhv etmək üçün onların Suriyadakı mövqelərinə qarşı hücumu olduqca təsirli olubdur.

İraqın Dəməşqdəki yeni səfiri Səəd Muhəmməd Rza da deyib: Suriyanın Bağdaddakı səfirinin iştirakı da xüsusən təhlükəsizlik və iqtisadi sahələrdə əlaqə və həmkarlıqların güclənməsinə kömək edəcəkdir.

İraqda müştərək əməliyyat qərargahı mayın 25-də bildirdi ki, iraqlı qırıcılar terrorçuların Suriya daxilindəki bir raket anbarını və İŞİD-in bir komandanlıq mərkəzini hədəfə alıblar. Bu, İraq ordusunun Suriya daxilindəki dördüncü hava hücumu olubdur.

Suriyada böhran region parametrlərini sionist rejimin xeyrinə dəyişdirmək məqsədilə 2011-ci ildə Ərəbistan, ABŞ və onun müttəfiqləri tərəfindən himayə olunan terror qruplarının geniş hücumları ilə başlandı.

Şərh yaz


Məxfi kod
Yenilə