Çərşənbə, 30 May 2018 18:39

Əhali Dəməşqin cənubuna qayıdır

Əhali Dəməşqin cənubuna qayıdır

Dəməşqin cənubunda Yərmuk düşərgəsinin azad edilməsindən sonra terrorçuların hücumları nəticəsində öz ev-eşiklərini tərk etmək məcburiyyətində qalmış əhalinin bölgəyə qayıdışına başlanılıb.

Mehr xəbər agentliyinin verdiyi məlumata görə, yerli qaynaqlar bildirirlər ki, artıq Yərmuk düşərgəsi ərazilərinin girişində Suriyanın təhlükəsizlik qüvvələri yerləşiblər və düşərgəyə daxil olmaq istəyən insanların kimliyini yoxlayırlar. 

Həmin qaynaqlara görə, əhalinin bölgəyə qayıdışı elə bir şəraitdədir ki, Suriya dövləti Yərmuk düşərgəsinin təmizlənilməsi planını, binalardakı bombaların zərərsizləşdirilməsi ilə başlayıb. 

Suriya ordusu və silahlı qüvvələrinin baş komandanlığı 21 mayda Dəməşqin ətrafının terrorçulardan azad edildiyini və tam Suriya ordusu və onun müttəfiq qüvvələrinin nəzarətinə keçdiyini elan etdi. 

Rusiyanın Müdafiə Nazirliyi isə dünən gecə bildirib ki, Rusiyanın Suriyada fəaliyyət göstərən hərbi polislərindən ibarət bir qrup öz ölkəsinə qayıdıb. 

Ötən fevralda Rusiya MN bu ölkənin Suriyadakı hərbçi qüvvələrindən 393 nəfərinin Çeçenistana qayıtmasından xəbər vermişdi. 

Başqa məlumata görə, Amerikanın himayəsində olan silahlı qruplar Suriyanın riqqə şəhərində gəncləri zorla əsgər aparmaq və sakinləri həbs etməklə məşğul olarkən bu şəhər əhalisi dünən gecə geniş etiraz aksiyası keçirib, yaraqlılar isə aksiyaçıların üzərinə hərbi mərmi ilə atəş açaraq onları dağıtmağa cəhd edib. 

Suriyada böhran 2011-ci ildə Səudiyyə Ərəbistanı, ABŞ və onun müttəfiqlərinin Suriyaya geniş hücumundan sonra başladı. Bu hücumda məqsəd regionda balansı sionist rejimin xeyirinə dəyişməkdən ibarət idi. 

Şərh yaz


Məxfi kod
Yenilə