Çərşənbə, 30 May 2018 12:16

Səudiyyəli hərbçilər Suriyadakı silahlı kürdlərlə görüşüblər

Səudiyyəli hərbçilər Suriyadakı silahlı kürdlərlə görüşüblər

Səudiyyə Ərəbistanının hərbi müşavirləri Suriyada Amerikaya aid olan bir hərbi bazada silahlı kürd qrupların nümayəndələri ilə görüşüblər.

İRİB-in Əl-Cəzirə telekanalına istinadla verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının 3 hərbi müşaviri cümə günü Amerikanın dəstək verdiyi Kürdüstan Demokratik Birliyi və Kürdüstan Fəhlələr Partiyası adlı iki kürd yaraqlı qrupun başçıları ilə Suriyanın şimal şərqində Eynül-Ərəb şəhərinin cənubunda bir amerikan bazada görüşüblər. 

Əl-Cəzirə telekanalının verdiyi məlumata görə, Səudiyyə hərbçilərinin regiona səfərdə məqsədləri, ərəb bölmələri yaratmaqdır və bu bölmələrin əsas təməli Əssənadid silahlı qurupu olacaq. Həmin qrup hal-hazırda "Demokratik Suriya" adlandırılan yaraqlı qüvvələrin tərkib hissəsidir. 

Anadolu xəbər agentliyi yerli qaynaqlara istinadla bildirir ki, Səudiyyə Ərəbistanı ötən aprel ayında Suriyada "Kürdüstan Demokrat Birliyi" adlı yaraqlılara yardımlar göndərib və Səudiyyənin Fars körfəzi üzrə naziri oktyabr ayında sözü gedən yaraqlıların nəzarətində olan Ərriqqə şəhərinə baxış keçirib, orada amerikalı rəsmilərlə də görüşüb. 

ABŞ Dövlət Departamenti 2018-ci il yanvar ayında Suriyanın şimalında 30 min nəfərlik kürd ordusu yaratmaq niyyətindən xəbər vermişdi. 

Sionist rejim telekanalı da son vaxtlar Səudiyyə Ərəbistanının bu rejimə Suriyaya hücum etməsi üçün kəşfiyyat yardımaları etdiyini eləcə də Livana hücum etməyə çağırmasından xəbər vermişdi. 

Şərh yaz


Məxfi kod
Yenilə