Çərşənbə axşamı, 29 May 2018 11:38

Minlərlə Suriyalı öz evinə geri dönüb

Minlərlə Suriyalı öz evinə geri dönüb

Suriyanın şimalında gərginliyin azalması ilə Türkiyəyə sığınan suriyalı didərginlərdən minlərlə nəfəri öz evlərinə qayıtmağa başlayıb.

İRNA-nın verdiyi məlumata görə, Suriyanın şimalında toqquşmaların azalması və nisbi sakitliyin bərqərar edilməsinin ardınca Türkiyəyə sığınmış 14 mindən çox suriyalı didərgin Cerablus və Babülsəlamə keçid məntəqələrindən keçərək, Suriya ərazisinə daxil olub. 

Bu məlumata görə, Türkiyə bu ölkədəki suriyalı didərginlərin ölkəyə girişi və ölkədən çıxışı üçün bir neçə sərhəd qeydiyyat postu yaradıb. 

Suriya və Türkiyə arasında 10 sərhəd keçid məntəqəsi mövcuddur. Hazırda bu sərhəd keçid məntəqələrindən yalnız üçün, İdlib vilayətinin şimalında yerləşən Babülhəva, Hələbin şimal-şərqində yerləşən Cerablus və Hələbin şimalında, Əzaz şəhərinə yaxın olan Babülsəlamə gömrük keçid məntəqələri fəaliyyətdədir. 

Şərh yaz


Məxfi kod
Yenilə